Peyvəndlər Ermənistan Müdafiə Nazirliyinə təhvil verilib
Rusiya Ermənistan hərbçiləri üçün koronavirus əleyhinə “Sputnik V” peyvəndi göndərib. AYNA bildirir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin ikinci katibi İqor Ratuşnyak məlumat verib.
Onun sözlərinə görə, artıq İrəvana çatmış 100 min dozalıq peyvənd erməni hərbçilərinə vurulacaq.
“Bu peyvənd partiyası Rusiya və Ermənistanın müdafiə nazirlərinin arasında əvvəllər əldə edilmiş razılaşmalar çərçivəsində Ermənistan Müdafiə Nazirliyi üçün nəzərdə tutulub", - Ratuşnyak qeyd edib.