Rusiya Bolqarıstan səfirliyinin iki əməkdaşını ölkədən qovdu

Dünya

20.04.2021 - 15:57

Həkimlər Klinikalar SEO Xidməti

Diplomatlar 72 saat ərzində Rusiya ərazisini tərk etməlidirlər

 

Rusiya Bolqarıstan səfirliyinin iki işçisini arzuolunmaz şəxs elan edib. AYNA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında açıqlama yerləşdirilib.

 

Bildirilir ki, Bolqarıstanın Rusiyadakı səfiri Atanas Kristin Xarici İşlər Nazirliyinə dəvət edilib və ona nota təqdim edilib. Notada qeyd edilib ki, Bolqarıstanın Rusiyadakı səfirliyinin konsulluq xidmətinin birinci katibi Nikolay Panayotov və xidmətin birinci katibinin ticarət və iqtisadi məsələlər üçün köməkçisi Çavdar Xristozov persona non qrata elan olunub.

 

Diplomatlar 72 saat ərzində Rusiyanı tərk etməlidirlər.

 

“Bu tədbir Bolqarıstan tərəfinin bu il mart ayında Rusiyanın Sofiyadakı səfirliyinin iki işçisini arzuolunmaz şəxs elan etməsinə cavabdır”, - deyə burğulanıb.

 

Qeyd edək ki, 22 martda Bolqarıstan casus qalmaqalı ilə əlaqədar Rusiyanın bu ölkədəki səfirliyinin iki işçisini arzuolunmaz şəxs elan etmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş