A PHP Error was encountered

Severity: Notice

Message: Trying to access array offset on value of type bool

Filename: drivers/Cache_file.php

Line Number: 277

Backtrace:

File: /home/aynaaz/public_html/application/helpers/post_helper.php
Line: 186
Function: get

File: /home/aynaaz/public_html/application/helpers/post_helper.php
Line: 302
Function: get_cached_data

File: /home/aynaaz/public_html/application/controllers/Home_controller.php
Line: 335
Function: get_lenta_posts

File: /home/aynaaz/public_html/application/controllers/Home_controller.php
Line: 171
Function: post

File: /home/aynaaz/public_html/index.php
Line: 329
Function: require_once

Rus general Moskvada partlayışda həlak olub - - Ayna.az

Rus general Moskvada partlayışda həlak olub - FOTO

Dünya

17.12.2024 - 12:14

cedabet dərman SEO Xidməti

Partlayıcı qurğu yaşayış binasının girişin yanında dayanmış skuterə yerləşdirilib

Moskvada Ryazanski prospektində baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi həlak olub. AYNA xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, dekabrın 17-də səhər saatlarında Ryazanski prospektində yaşayış binasının yaxınlığında partlayış baş verib. Partlayış yerindən çəkilmiş fotolarda binanın girişində yerdə uzanmış cəsədlər görünür.

Fövqəladə Hallar Xidmətinin məlumatına görə, yaşayış binasının birinci mərtəbəsində baş verən partlayış nəticəsində iki nəfər ölüb. Qeyd olunub ki, binanın birinci mərtəbəsindən üçüncü mərtəbəsinədək şüşələr qırılıb, binanın giriş qapısı zədələnib.

Müstəntiqlərin fikrincə, partlayıcı qurğu girişin yanında dayanmış skuterə yerləşdirilib.

Kirillovun 54 yaşı vardı. O, 2017-ci ilin may ayından Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi vəzifəsində çalışıb. Kirillov Böyük Britaniyanın sanksiyaları altındadır. O, Ukraynada kimyəvi silahdan istifadədə və dezinformasiyanın yayılmasında iştirakda ittiham olunur. Bundan əvvəl ABŞ və müttəfiqləri Rusiyanın Ukrayna hərbçilərinə qarşı zəhərli xloropikrin maddəsindən istifadə etdiyi qənaətinə gəliblər.

Rus general Moskvada partlayışda həlak olub -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş