Riyaziyyat müəllimi olmaq istəyənlər imtahan verir

Xəbərlər

14.07.2021 - 14:48

İmtahanlarda fənlər üzrə ümumilikdə 3 min 186 namizədin iştirakı gözlənilir

 

İyulun 14-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.

 

Təhsil Nazirliyindən AYNA-ya verilən məlumata görə, bu gün riyaziyyat, kimya, Azərbaycan dili, rus dili və ədəbiyyatı fənləri üzrə müəllim olmaq istəyən namizədlər imtahan verir.

 

İmtahanlarda fənlər üzrə ümumilikdə 3 min 186 namizədin iştirakı gözlənilir.

Müəllif: Ayna.az