“Reuters”: Trampın fikrincə, Qəzzanı bərpa etmək 10-15 il çəkəcək

Dünya

05.02.2025 - 09:46

Həkimlər Klinikalar SEO Xidməti

Amerika lideri Qəzzaya “söküntü yeri” kimi baxır

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Qəzza zolağının bərpası təxminən 10-15 il çəkəcək. AYNA xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

Agentliyin mənbəsi qeyd edib ki, Amerika lideri Qəzzaya “söküntü yeri” kimi baxır və insanları yaşayış üçün yararsız torpaqlarda yaşamağa məcbur etməyi qeyri-insani hesab edir.

Administrasiya rəsmisi həmçinin qeyd edib ki, Vaşinqtonda görüş zamanı Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında atəşkəs və girovların azad edilməsinə dair razılaşmanın ikinci mərhələsini müzakirə edəcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş