Rəsmi Tehrandan dünya ictimaiyyətinə çağırış

Dünya

09.08.2021 - 09:43

Həkimlər Klinikalar SEO Xidməti

İran beynəlxalq ictimaiyyəti Əfqanıstan böhranının həlli ilə bağlı dəqiq mövqe tutmağa çağırıb

 

Beynəlxalq ictimaiyyət Əfqanıstanda böhranın siyasi həllinin dəstəklənməsi, bu ölkədəki zorakılığın və onun nəticələrinin pislənməsi üzrə konkret mövqe sərgiləməlidir.

 

AYNA xəbər verir ki, bunu Tehranda BMT-nin baş katibinin xüsusi elçisi Jan Arno ilə görüşü zaman İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

 

C.Zərif Əfqanıstanda vəziyyətin getdikcə daha pisləşməsini qeyd edib. O xarici ölkələrin səhv siyasətini Əfqanıstanda mövcud vəziyyətin səbəbinin vacib hissəsi adlandırıb.

 

“İranlı Əfqanıstanda sülh prosesində irəliləyiş üçün tərəflər arasında danışıqlara kömək etməyə hazırdır. Əfqanıstan probleminin həlli yalnız danışıqlar yolu ilədir”, Zərif qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş