Rəsmi Moskva Lukaşenkoya dəstək verəcək

Dünya

16.08.2020 - 15:52

cedabet dərman SEO Xidməti

Rusiya Prezidenti ilə Belarus Prezidenti arasında yenə telefon danışığı olub

 

Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə yenidən telefonda danışıb. Bu barədə AYNA Kremlin Mətbuat Xidmətinə istinadən xəbər verir.

 

Telefon danışığı zamanı liderlər seçkilərdən sonra Belarusdakı vəziyyət, xüsusən də, kənardan göstərilən təzyiqləri müzakirə ediblər.

 

Putin bildirib ki, rəsmi Moskva Avrasiya Birliyi, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Minskə dəstək verməyə hazırdır.

 

Qeyd edək ki, prezidentlər arasında dünən də telefon danışığı olub. Onlar Belarusdakı vəziyyəti müzakirə etmişdilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş