Azərbaycan XİN bu cür nifrət cinayətlərinin təkrarlanmasının qarşısını almağa çağırıb
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçdə Quranın yandırılmasını pisləyib. AYNA xəbər verir ki, bu barədə XİN-in “Twitter” səhifəsində bildirilib.
Azərbaycan XİN İsveç hakimiyyət orqanlarını təqsiri olanlara qarşı bütün lazımi tədbirləri görməyə və bu cür nifrət cinayətlərinin təkrarlanmasının qarşısını almağa çağırıb.