“Rəqəmsal bacarıqlar”ın 72 teledərsi ictimaiyyətə təqdim olunub - <font color=red> FOTO</font>

Xəbərlər

01.06.2020 - 16:18

Teledərslərin 32-si Azərbaycan bölməsi, 40-ı isə rus bölməsi üçündür

 

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədris olunan informatika fənni üzrə buraxılmış mövzulara əsasən ümumilikdə 72 teledərs ictimaiyyətə təqdim olunub. Teledərslərin 32-si Azərbaycan bölməsi, 40-ı isə rus bölməsi üçündür. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən bildirilib.

 

Bununla yanaşı olaraq, ölkədə karantin rejimini nəzərə alaraq Təhsil Nazirliyi və beynəlxalq “Alqoritmika” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə üzrə videodərslər hazırlanıb.  Ümumilikdə 3-8 sinifləri əhatə edən 197 videodərs təqdim olunub. Onlardan 87-si Azərbaycan, 110-u isə rus bölməsi üzrə yaradılıb. Layihə çərçivəsində təqdim olunan bütün teledərslər və videodərslər layihənin “YouTube”  kanalında (https://www.youtube.com/channel/UCFTA-7TfHaLu0AUrDOXnd6g/videos) yerləşdirilib. Videodərslər həmçinin “Alqoritmika” platformasında təqdim olunub.

 

Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi 2019-2020-ci tədris ilində Bakı, Sumqayıt, Gəncə, Biləsuvar, Şamaxı və Mingəçevir şəhərləri üzrə 123 məktəbi əhatə edir. Hazırda layihə çərçivəsində 70 mindən çox şagird "İnformatika" fənnini yeni formatda öyrənməkdədir.

 

2017-2018-ci tədris ilində tətbiqinə başlanılan layihə şagirdlərdə alqoritmik düşüncə, məntiq, layihə əsaslı öyrənmə bacarıqlarının inkişafı və proqramlaşdırma əsaslarının öyrədilməsi məqsədini daşıyır. Layihə təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsinə, onların gələcəkdə informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə, rəqabətqabiliyyətli və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasına şərait yaradır.

Müəllif: Ayna.az