ReAL Partiyası dövlət qeydiyyatına alınıb – <font color=red> FOTO</font>

Siyasət

01.09.2020 - 16:23

Son qurultayda partiyanın sədri İlqar Məmmədov seçilib

 

Respublikaçı Alternativ Partiyası (ReAL) rəsmi dövlət qeydiyyatına alınıb. AYNA xəbər verir ki, bu barədə partiyanın funksioneri, iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.

 

“ReAL Partiyası rəsmi olaraq qeydiyyatdan keçdi. Bu işdə əməyi olan ReAL ailəsinin bütün üzvlərinə, könüllülərə, təəssübkeşlərə təşəkkür edirəm”, - deyə Cəfərli vurğulayıb.

 

Qeyd edək ki, bir müddət öncə ReAL öz qurultayını keçirib. Onlayn keçirilən tədbirdə İlqar Məmmədov partiyanın sədri seçilib.

 

Qurultaydan sonra ReAL lazımi sənədləri toplayaraq rəsmi qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etmişdi. 

undefined

Müəllif: Ayna.az