Reabilitasiya xidmətləri göstərilən qazilərin sayı açıqlanıb

Xəbərlər

06.04.2021 - 13:11

700-dən çox qazi reabilitasiya və sosial-psixoloji xidmətlərlə əhatə olunub

 

2019-2021-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq yenidən qurulub, ən müasir avadanlıqlarla təchiz edilib.

 

ƏƏSMN-dən AYNA-ya bildirilib ki, postmüharibə dövründə həmin müəssisələrə 700-dən çox qazi qəbul olunaraq reabilitasiya və sosial-psixoloji xidmətlərlə əhatə olunub. Hazırda xidmətlərin göstərilməsi prosesi davam edir.

Müəllif: Ayna.az