Rauf Arifoğlu ilə İqbal Ağazadənin namizəd olduğu dairədə DSK-nın qərarı ləğv edildi

Cəmiyyət

15.01.2020 - 17:06

Dairə seçki Komissiyası vətəndaşın namizədliyinin qeydə alınmasından əsassız olaraq imtina edib

 

35 saylı Xətai seçki dairəsindən namizədliyi qeydə alınmayan Abbasov Rauf Çərkəz oğlu Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. O bildirib ki, Dairə seçki Komissiyası (DSK) onun namizədliyinin qeydə alınmasından əsassız olaraq imtina edib.

 

AYNA-nın məlumatına görə, MSK-nın ekspert qrupu araşdırıb ki, həqiqətən də DSK qərarında aidiyyəti olmayan maddələr sadalayıb. Qərarda namizədliyin qeydə alınmasından imtina edilmənin səbəbləri göstərilməyib.

 

Buna görə də, Mərkəzi Seçki Komissiyası namizədin qeydə alınmasından imtina edilməsi ilə bağlı DSK-nın qərarını ləğv edib. MSK 35 saylı seçki dairəsinin xüsusi nəzarətə götürülməsinə də qərar verib.

 

Qeyd edək ki, sözügedən dairədən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Abbasov (Rauf Arifoğlu) və Ümid Partiyasının sədri İqbal Ağazadə də namizəddir.

Müəllif: Ayna.az