Ramiz Göyüşov YAP sıralarından xaric edilib

Xəbərlər

10.09.2021 - 15:39

Qərar hakim partiyanın İdarə Heyəti toplantısında verilib

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin toplantısı keçirilib. Partiyadan AYNA-ya verilən məlumata görə, iclasda YAP Binəqədi rayon təşkilatının sədr əvəzi Ramiz Göyüşovun partiya sıralarından xaric edilməsi məsələsi müzakirə olunub.

İclasda R.Göyüşovun partiya sıralarından xaric edilməsi ilə bağlı qərar verilib.

Müəllif: Ayna.az