Qusarda yük avtomobili piyadanı vurub

Hadisə

19.08.2026 - 12:01

Piyada aldığı xəsarətlərdən ölüb

Qusarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bədirqala kəndində olub.

Belə ki, Elçin Fətəliyevin idarə etdiyi “Ford Transit” markalı avtomobillə hərəkətdə olarkən Yaqub Əliyevi vurub.

Piyada aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş