Qubadlı və Cəbrayılda silah-sursat aşkarlanıb

Xəbərlər

09.03.2021 - 12:37

Həkimlər Klinikalar SEO Xidməti

Ermənistan hərbçilərinin atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir

 

Vətən müharibəsində işğaldan azad olunmuş torpaqlarımızda sarsıdıcı məğlubiyyətə uğramış Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, Qubadlı və Cəbrayıl Rayon Polis Şöbələrinin (RPŞ) əməkdaşları aidiyyəti qurumların təmsilçiləri ilə birlikdə partladıcı vasitələrin, silah-sursatın aşkar edilməsi və istifadəyə yararsız olanların zərərsizləşdirilməsi məqsədi ilə xidməti ərazidə müntəzəm reydlər aparırlar.

 

Növbəti belə tədbir zamanı Qubadlı RPŞ əməkdaşları tərəfindən erməni hərbçilərin ataraq qaçdığı 1 ədəd minaatan qurğusu, 6 ədəd avtomat, 21 ədəd müxtəlif növ qumbaralar və alışdırıcıları, 12 ədəd qumbaraatan mərmisi və alışdırıcıları, 3760 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb.

 

Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən isə 20 ədəd avtomat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş