Qonşu ölkədə beşinci dalğa həyəcanı

Xəbərlər

17.10.2021 - 17:32

Gürcüstanda koronavirusun beşinci dalğası başlayıb

AYNA xarici mediaya istinadən xəbər verir ki, Gürcüstanın Səhiyyə Nazirliyinin Xəstəliklərə və İctimai Sağlamlığa Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze koronavirusun beşinci dalğasının başladığını bəyan edib.

O bildirib ki, son günlərdə Gürcüstanda koronavirusa yoluxma kəskin dərəcədə artıb və belə şəraitdə hamının bir nəfər kimi karantin tələblərinə əməl etməsi olduqca vacibdir.

Qeyd edək ki, son sutka ərzində ölkədə 4581 nəfər yeni COVID-19 xəstəsi aşkar olunub.

Müəllif: Ayna.az