Hadisə nəticəsində sürücü ölüb
Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, rayonun Təklə kəndi ərazisində hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb.
Qəza nəticəsində sürücü, 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.