Qobuda qəza: iki azyaşlı qardaşı maşın vurub

Hadisə

21.08.2020 - 14:07

Həkimlər Klinikalar SEO Xidməti

Uşaqlar xəsarətlə xəstəxanaya yerləşdirilib

 

Abşeron rayonunda avtomobil iki azyaşlını vurub. AYNA-nın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

 

Bildirilib ki, avqustun 20-də, saat 13 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri - doqquz yaşlı Rüstəm Həsənovu və yeddi yaşlı qardaşı Muradı vurub.

 

Uşaqlar xəsarətlə xəstəxanaya yerləşdirilib, hadisə zamanı ağır xəsarət alan Rüstəm orada ölüb. Hazırda Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş