“Qırmızı Körpü”də siqaret, spirtli içki və dərman müsadirə olundu

Xəbərlər

14.05.2020 - 16:08

cedabet dərman SEO Xidməti

Azərbaycana qanunsuz mal gətirilməsinin qarşısı alınıb

 

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında iki fakt üzrə müxtəlif markalı siqaret, spirtli içki və dərman preparatlarının ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb. Bu barədə AYNA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, həmin ölkə vətəndaşının idarə etdiyi “Mercedes Benz 1844”, Azərbaycan vətəndaşının isə idarə etdiyi “Mercedes Benz 1840 LS” markalı yük avtomobilləri saxlanılıb və maşınlara gömrük baxışı keçirilib.

 

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən üç şüşə spirtli içki, 6 000 ədəd “Marlboro” markalı siqaret, altı adda 53 qutu dərman preparatları və 10 ədəd tibbi ləvazimat aşkarlanıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş