Qəddafinin oğlu Liviyaya qayıdacaq

Dünya

31.07.2021 - 10:49

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda liviyalıların 57 faizi Seyf əl-İslamın ölkəyə rəhbərlik etməsini istəyir

 

Liviyada 2011-ci ilin oktyabrında “Ərəb baharı” adlı üsyanda həbs edilən Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Liviyaya qayıdacaq və siyasətlə məşğul olacaq. AYNA xəbər verir ki, bu barədə əl-İslam “Nyu-York Tayms” qəzetinə deyib.

 

Oğul Qəddafi əsirlikdə olan zaman başına gələnlərdən danışıb və bildirib ki, üsyançılar onu edam etmək istəyiblər: “Amma müəyyən vaxtdan sonra bu fikirlərindən daşındılar”.

 

“Hazırda liviyalılar inqilab illüziyasından ayılıblar və bunun şahidi olmaq üçün səbirlə gözləmişəm”, Qəddafi vurğulayıb.

 

Qəzet yazır ki, Seyf əl-İslam həm də atasının varisi idi, həm də Qərb siyasətçiləri arasında dostları vardı. O, 2012-ci ilədək Liviyanın Zintan həbsxanasında saxlanılıb və naməlum şəxslər tərəfindən qaçırıldıqdan sonra indiyədək bilinməyən yerdə gizlənib. Seyf əl-İslam atasının tərəfdarlarından ibarət “Yaşıl hərəkat” adlı təşkilatın yenidən Liviyanın bütövlüyünü bərpa edəcəyinə inanır.

 

Qeyd edək ki, Liviyadakı son seçkilərdə bu hərəkatın üzvləri iştirak ediblər. “Nyu-York Tayms”ın iddiasına görə, hazırda liviyalıların 57 faizi Seyf əl-İslamın ölkəyə rəhbərlik etməsini istəyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş