Qazaxıstanda şaxtanın çökməsi ilə bağlı xüsusi komissiya yaradılıb

Dünya

18.02.2025 - 09:36

Həkimlər Klinikalar SEO Xidməti

Komissiyaya Baş nazirin müavini Kanat Bozumbayev rəhbərlik edir

Qazaxıstanın Ulıtau vilayətinin Janaarka rayonunda "Jomart" mədənindəki şaxtanın çökməsi səbəblərinin araşdırılması və mümkün zərərçəkənlərə yardım göstərilməsi üçün xüsusi komissiya yaradılıb. AYNA qazax mediasına istinadən bildirir ki, bu barədə Qazaxıstan hökumətindən qeyd olunub.

Bildirilib ki, komissiyaya Baş nazirin müavini Kanat Bozumbayev rəhbərlik edir.

Baş nazirin müavininə dövlət qurumlarının və təşkilatların fəaliyyətini əlaqələndirmək üçün dərhal hadisə yerinə getmək tapşırılıb.

Xatırladaq ki, "Jomart" mədənindəki şaxtada dağ süxurlarının çökməsi baş verib. Dağıntılar altında mədənin 7 işçisi qalıb. Hazırda xilasetmə bölmələri ərazidə qəza-xilasetmə işləri aparır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş