Qazaxda ağacları kəsən şəxs cəzalandırılıb

Xəbərlər

25.08.2021 - 16:14

Qanun pozucusu 2 800 manat məbləğində cərimələnib

 

Qazax şəhəri, Əliağa Şıxlinski küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

 

AYNA-nın xəbərinə görə, Xidmət rəsmisi Ramal Bağırov bildirib ki, araşdırma zamanı ərazidəki ağacların vətəndaş Ceyhun Osmanov tərəfindən kəsildiyi müəyyən edilib: “Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və o, 2 800 manat məbləğində cərimələnib”.

Müəllif: Ayna.az