Qaxariya "Gürcü Arzusu"ndan da getdi

Dünya

18.02.2021 - 15:35

Sabiq baş nazir hakim partiyadan istefa verib

 

Gürcüstanın bu gün istefa verən Baş naziri Georgi Qaxariya hakim "Gürcü Arzusu" Partiyasından da istefa verib. AYNA qonşu ölkə mediasına istinadən bildirir ki, bu barədə “Gürcü Arzusu”nun funksioneri, deputat Nikoloz Samxaradze deyib.

 

Deputatın sözlərinə görə, Baş nazir postunu tərk edən Qaxariya partiyadan da istefa etdiyi haqda müraciət ünvanlayıb.

 

Xatırladaq ki, Gürcüstanın Baş naziri bu gün vəzifəsindən istefa etdiyini açıqlayıb.

 

“Mən vəzifəmdən ayrılmaq qərarı verdim. Əlbətdə ki, bu addımın ölkəmizdəki qütbləşmənin azalmasına kömək edəcəyinə inanıram və inanmaq istəyirəm”, - deyə Qaxariya deyib.

 

Baş nazir istefasının səbəbinin ana müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliyanın məhkəməsi ilə bağlı hakim partiya ilə fikir ayrılığı olduğunu bildirib.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar