Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb
Qaradağda 5 otaqlı ev yanıb. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, ümumi sahəsi 200 m² olan birmərtəbəli 5 otaqlı kürsülü evin yanar konstruksiyaları 150 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.