Sakinlər təxliyə edilib, mənzillər yanğından mühafizə olunub
Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasınin zirzəmisinə yığılan yeddi ədəd xalça və istifadəyə yararsız ev əşyaları 25 m² sahədə yanıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qatı tüstülənmədən zərər görməmələri üçün binanın yuxarı mərtəbələrindən 25 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.