Qarabağa icazəsiz gedənlər saxlanılıb

Xəbərlər

12.05.2021 - 11:14

Həkimlər Klinikalar SEO Xidməti

Onlar işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstəriblər

 

Ağdamda işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərənlər saxlanılıb.

 

Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayonun Çəmənli kəndi ərazisindən işğaldan azad edilmiş ərazilərə keçmək istəyən doqquz nəfər saxlanılıb.

 

Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib və onların barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş