Qarabağ qazilərindən Prezidentə müraciət: “Qarışıqlıq salmaq istəyirlər”

Cəmiyyət

04.05.2021 - 11:53

Həkimlər Klinikalar SEO Xidməti

“Dövlət strukturlarında kök salmış bəzi ünsürlər Sizin, xalqımızın bu möhtəşəm qələbəsini həzm edə bilmirlər”

 

Qarabağ Qaziləri İctimai Birliyi son günlər qazilərlə bağlı Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq idarələrinin yaratdığı problemlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

 

Birlikdən AYNA-ya verilən məlumata görə, müraciətdə deyilir ki, şəhid ailələrinə, müharibə əlillərinə və onlara bərabər tutulan insanlara dövlət qayğısı uğurla davam etdirilir: “Əlillərinin minik avtomobilləri ilə təmin olunmaları, şəhid ailələrinə, qazilərə mənzillərin verilməsi istiqamətində vacib işlər görülür”.

 

Qurum 44 günlük Vətən müharibəsindən sonra “YAŞAT” Fondu, eləcə də yerli icra hakimiyyəti orqanlarında şəhid ailələri və müharibə əlillərinə xidmət etmək üçün yaradılmış xüsusi şöbələri təqdirə layiq hal kimi qiymətləndirib.

 

“Hörmətli Prezident!

 

Bütün bunlarla yanaşı, bir çox məsələlər var ki, bu günlərdə sosial şəbəkələrdə kütləvi olaraq sosial narazılıq halları kimi yayılaraq təqdim olunur. Bu da bütün cəmiyyətimiz kimi, bizi də çox ciddi narahat edir. Sanki dövlət strukturlarında kök salmış bəzi ünsürlər Sizin, xalqımızın bu möhtəşəm qələbəsini həzm edə bilmirlər. Planlı şəkildə, qaziləri narazı salmaqla ölkəmizdə qarışıqlıq salmaq istəyirlər. Amma biz Qarabağ qaziləri həmişə olduğu kimi, yenə Sizinləyik!”, - deyə müraciətdə vurğulanıb.

 

Qarabağ qaziləri bildirib ki, müharibədə yaralanan döyüşçülərə əlillik dərəcələrinin müəyyən olunduqda xüsusi həssaslıqla yanaşılmalı və digər əlillərlə bir götürülməməlidir: “Çünki onlar müharibə görüblər, onların gözləri qarşısında döyüş dostları, ailə üzvləri, hətta övladları belə qətlə yetirilibdir. Bunlar isə əllik dərəcələri təyin ediləndə nəzərə alınmır. Bəli, başa düşürük, son illərdə, xüsusi ilə də 2010-cu ildən bəri əlilliyin təyin olunmasında ciddi saxtakarlıqlara yol verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu hallar aşkar olunaraq aradan qaldırılır. Eyni zamanda, bu faktlardan istifadə edərək müharibə əlillərinin süni şəkildə incidilməsi halları bizləri narahat edir. Bunun da əsas səbəblərindən biri son illərdə Milli Məclisin əlilliyin təyin edilməsi meayarlarının müəyyənləşdirilməsi ilə bağlı qəbul edilmiş qanun və Nazirlər Kabinetinin verdiyi qərarlardır. Bizdə olan məlumatlara görə, bu məsələylə bağlı hüquqi normativ hüquqi aktlar Avropa qanunlarından istifadə edilərək hazırlanıb. Bu, düzgün yanaşma deyil. Niyə Xocalı soyqırımını, Qaradağlı və digər faciələrini yaşamış, o hadisələri gözləri ilə görmüş psixoloji travmalar almış şəxslərin əlillik dərəcələrinin verilməsi 75 ildir müharibə, faciə görməyən Avropanın qanunları ilə hazırlanmalıdır? Hansı ki, bu qərarların qəbul edilməsində müharibə təşkilatlarından olan QHT-nin üzvləri həmin qərarların qəbul olunmasında iştirak etməmişdir. Nəticədə əlillik dərəcələrinin verilməsində çox ciddi problemlər əmələ gəlib. Təsəvvür edin, müharibədə iştirak edərək  qollarını, ayaqlarını, hətta gözlərini itirmiş Qarabağ qazilərinin pensiyaları dayandırılır. Elə müharibə əlilləri var ki, 1 ildir, 9, 6, 5 aydır heç bir səbəb göstərilmədən pensiya təminatı dayandırılıb. Araşdırma zamanı bizə deyilən səbəblərdən heyrətə gəlirik. Bu məsələləri qaldıran da isə deyirlər ki, texniki problemdir. Əgər möcvud onlayın sistem problem yaradırsa, deməli, nəysə düz deyil və düzəltmək lazımdır.  Digər tərəfdən, Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyi sonuncu qəbul olunmuş qanun və Nazirlər Kabinetinin qərarını əsas gətirir. Həmin qərar da  müəyyən boşluqlar var ki, bunlar mütləq aradan qaldırılmalıdır.

 

Cənab Ali Baş Komandan!

 

Xahiş edirik bu həssas məsələlərin həll olunması istiqamətində, həmin qərarlara yenidən baxılması, mövcud boşluqların aradan qaldırılmasında köməklik edin. Ümid edirik ki, məhz Sizin nəzarətiniz və göstərişinizlə bu məsələlər öz müsbət həllini tapacaq. Əvvəlcədən təşəkkür edir və Sizə inanırıq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş