“Qarabağ” “Neftçi”ni darmadağın etdi

İdman

30.10.2021 - 21:34

Həkimlər Klinikalar SEO Xidməti

Ağdam təmsilçisi rəqibini 4:0 hesabı ilə darmadağın edib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib. AYNA xəbər verir ki, turun açılış matçı "Zirə" və "Keşlə" komandaları arasında baş tutub. Bu oyunda Rəşad Sadıqovun komandası inamlı qələbəyə sevinib - 2:0.

Günün və turun mərkəzi oyununda isə "Qarabağ" və "Neftçi" üz-üzə gəlib. Ağdam təmsilçisi rəqibini 4:0 hesabı ilə darmadağın edərək 20 xalla vahid lider olub.

Azərbaycan Premyer Liqası, IX tur

30 oktyabr (şənbə)

16:00. “Zirə” – “Keşlə” - 2:0

Qollar: Loris Broqno, 17, Ağabala Ramazanov, 42

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Kamal Umudlu

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

Zirə İdman Kompleksinin stadionu

18:30. “Qarabağ” – “Neftçi” - 4:0 

Qollar: Ozobiç, 11, Zubir, 15, Ozobiç, 23-pen.Veşoviç, 90+2

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Vüqar Həsənli

Hakim-inspektor: Ömər Paşayev

FFA nümayəndəsi: Seymur Səlimli

“Azersun Arena”

Qeyd edək ki, IX turun "Qəbələ" - "Sabah" və "Sumqayıt" - "Səbail" qarşılaşmaları oktyabrın 31-də olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş