Qanunsuz ov edən şəxs saxlanılıb

Xəbərlər

21.02.2021 - 12:27

Həkimlər Klinikalar SEO Xidməti

Ondan bir ədəd “Ata arms” markalı ov tüfəngi və beş ədəd patron aşkar olunaraq götürülüb

 

Siyəzən rayonunda qanunsuz ov edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətininin Quba rayon regional qrupundan AYNA-ya verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Zarat kəndi ərazisində qanunsuz ov edən Şərif Şərifzadə saxlanılıb.

 

Ondan bir ədəd “Ata arms” markalı ov tüfəngi və beş ədəd patron aşkar olunaraq götürülüb. Faktla bağlı Siyəzən RPŞ-də araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş