Qalstanyan həbs edilib

Dünya

26.06.2025 - 09:14

cedabet dərman SEO Xidməti

Qərardan apellyasiya şikayəti veriləcək

Erməni Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyan hakimiyyəti ələ keçirməyə cəhd işi üzrə iki ay müddətinə həbs edilib. AYNA.AZ "RİA Novosti"yə istinadən bildirir ki, bu barədə onun vəkili Ovannes Xudoyan bildirib.

Vəkilin sözlərinə görə, qərardan apellyasiya şikayəti veriləcək.

Ermənistan İstintaq Komitəsi Qalstanyan və daha on nəfərdən çox şəxsi hakimiyyəti zorakı yolla ələ keçirməyə və terror aktlarına hazırlıqda iştirakda ittiham edir. İş üzrə bir neçə şəxs, o cümlədən David Qalstanyan və arxiyepiskopun köməkçisi Movses Şarbatyan artıq saxlanılıblar.

Həbs edilənlər, hakimiyyətin iddiasına görə, qarşısı alınmış çevriliş cəhdinin arxasında duran "Müqəddəs mübarizə" hərəkatı ilə əlaqəlidirlər.

Dünən Ermənistan İstintaq Komitəsi arxiyepiskop Qalstanyan və onun silahdaşlarını respublikada hakimiyyəti ələ keçirmək məqsədilə terror aktları hazırlamaqda ittiham edib. Hüquq-mühafizə orqanları hərəkat tərəfdarlarının mənzillərində və Qalstanyanın evində axtarışlar aparıb.

Arxiyepiskopa qarşı ittihamı şərh edən Paşinyan bildirib ki, hüquq-mühafizə orqanları respublikada vəziyyəti destabilləşdirmək və hakimiyyəti ələ keçirmək üçün "kriminal oliqarxik ruhanilərin" "genişmiqyaslı və qorxunc planının" qarşısını alıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş