Qabiliyyət imtahanları üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb

Xəbərlər

24.06.2025 - 13:42

cedabet dərman SEO Xidməti

İmtahanlar avqustun ortalarına qədər davam edəcək

Ali təhsil və orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları üçün 36778 abituriyent qeydiyyatdan keçib. AYNA.AZ bildirir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) sektor müdiri Eltun Süleymanov jurnalistlərə deyib.

Bildirib ki, ali təhsil və orta ixtisas təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları başlayıb: “İmtahanlar hazırda 3 istiqamət üzrə davam edir, musiqi ixtisası üzrə imtahanlar isə iyulun 1-dən başlayacaq. İmtahanların idarə olunmasında DİM-lə yanaşı müxtəlif nazirliklərin, ali və orta ixtisas təhsil müəssisələrinin və digər komitə və təşkilatların ekspertləri də imtahanın qiymətləndirilməsində iştirak edirlər”.

Onun sözlərinə görə, imtahanlar avqustun ortalarına qədər davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş