Rusiya lideri Qarabağ məsələsinin nizamlanması və Cənubi Qafqazdakı vəziyyət haqqında TŞ üzvləri ilə fikir mübadiləsi aparıb
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının (TŞ) iclasını keçirib. AYNA Rusiya mediasına istinadən bildirir ki, iclasda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla sabah keçiriləcək üçtərəfli görüş müzakirə olunub.
Rusiya lideri Dağlıq Qarabağ məsələsinin nizamlanması və Cənubi Qafqazdakı vəziyyət haqqında fikir mübadiləsi aparıb.
Toplantıda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin iştirak ediblər.
Xatırladaq ki, sabah Moskvada Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək.