Putin niyə 24 iyunu seçdi – <font color=red> Diqqətlər Kremldə</font>

Siyasət

24.06.2020 - 20:15

Həkimlər Klinikalar SEO Xidməti

Politoloq: “ABŞ və müttəfiqləri İkinci Dünya Müharibəsinin nəticələrini təhrif edir”

 

Bu gün, iyunun 24-də Rusiyanın paytaxtı Moskvada Sovet İttifaqının Almaniya üzərində qələbəsi münasibətilə hərbi parad keçirildi. Belə ki, hər il mayın 9-da keçirilən parad, pandemiya səbəbindən bu dəfə iyunun 24-ə təyin olundu.

 

Maraqlı məqam isə ondan ibarətdir ki, paradın keçirildiyi indi ərəfədə belə, Rusiyada gündəlik COVID-19-a 7-8 min yoluxma və yüzlərlə ölüm halları qeydə alınır. Və Putinin bu addımı, Rusiyada sosial-iqtisadi problemlər həddindən artıq artdığı üçün güc nümayiş etdirərək, problemləri arxa fona atmaq kimi dəyərləndirilir.

 

Mövzunu AYNA-ya şərh edən politoloq Tofiq Abbasov isə qələbə paradının daxili vəziyyət və sosial problemlərlə bağlı olmadığını düşünür: “Əksinə, paradın bu tərzdə keçirilməsi ilk növbədə Qərblə, xüsusən də Amerika Birləşmiş Ştatları ilə mübarizədən irəli gəlir. Çünki ABŞ və müttəfiqləri İkinci Dünya Müharibəsinin nəticələrini təhrif edir. Yəni onlar artıq Rusiyanı Sovet İttifaqının varisi kimi qaliblər arasından çıxarırlar. Ona görə də mayın 9-da keçirilməli olan parad, məhz iyunun 24-ə təsadüf etdi. Düşünürəm ki, bu, Kremlin götür-qoy etdiyi və verdiyi qəti qərarın nəticəsidir. Çünki Qərb dövlətləri tərəfindən çox böyük təbliğat işləri aparılır, hətta, “Hollivud” da bu işə qoşulub”.

Tofiq Abbasov: Azərbaycan hər zaman işlək mexanizmləri ortaya ...

“Ümumiyyətlə, artıq yeni nəsillərdə belə bir fikir formalaşıb ki, guya Faşist Almaniyasının məğlubiyyətini təmin edən ABŞ və onun müttəfiqləri olub. Təbii ki, bu, çox ciddi məsələdir. Çünki Sovet İttifaqının müharibədə çox böyük rolu olub. Məhz 1945-ci ilin 24 iyununda Qırmızı Meydanda Stalinin iştirakı ilə böyük parad keçirildi və Almaniyanın məğlub olmuş ordusunun bütün standartları, bayraqları tribuna önündə məhv edildi. Ona görə də koronavirusun tüğyan etməsinə rəğmən, Moskvada belə bir qərar qəbul edildi ki, parad iyunun 24-də keçirilsin”, - Abbasov bildirib.

 

Siyasi şərhçinin sözlərinə görə, paradın məqsədi müharibənin əsas qalibinin Sovet İttifaqı olduğunu nümayiş etdirməkdir: “Putinin məqsədi budur ki, post-sovet məkanında yaşayan xalqlara, dünya birliyinə, Avropaya, Sovet ordusu tərəfindən azad olmuş məmləkətlərə Sovet dövlətinin müharibədəki iştirakının zəfər yürüşü olduğunu çatdırsın. Çünki onlar həqiqətən də Hitlerin hərbi maşınını darmadağın edərək Sovet bayrağını Reyxstaqın üzərinə sancmışdılar”.

 

“Əlbəttə ki, bunun çox böyük siyasi əhəmiyyəti var. Əsas məqsəd də bundan ibarətdir ki, dünya bir daha bilsin ki, həmin müharibənin əsas qalibi Sovet İttifaqı olub. Onun varisi Rusiya və post-sovet ölkələri də həmin müharibədə iştirak edib, itkilər verib, hətta, Azərbaycan nefti qələbədə müstəsna rol oynayıb. Bu baxımdan da həmin tarixi yenidən yazmaq mümkün deyil. Ona görə də Kremlin rəhbəri Putin və onun komandası elə hesab etdilər ki, parad mütləq bu gün baş tutmalıdır”,- deyə politoloq vurğulayıb.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş