Prokurorluq saxta koronavirus testləri ilə bağlı araşdırmaya başlayıb

Xəbərlər

19.05.2021 - 15:55

Həkimlər Klinikalar SEO Xidməti

96 sərnişinin koronavirus infeksiyasının müayinəsinə dair arayış araşdırılır

 

Bəzi kütləvi informasiya vasitələrində Gəncə Hava Limanında Gəncə-Sankt- Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin koronavirus infeksiyasının müayinəsinə dair “Leyla Medical Center” və “Oksigen” klinikasından verilən tibbi arayışların saxta olması barədə məlumatlar yayılıb. AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, qeyd edilən faktla bağlı hazırda Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş