Prokurorluq Göygöldəki qətllə bağlı məlumat yayıb

Hadisə

02.09.2021 - 09:38

Həkimlər Klinikalar SEO Xidməti

Hüseyn Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib

 

Prokurorluq Göygöl rayonunda qətl hadisəsi ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan AYNA-ya daxil olan məlumatda deyilir:

 

"Sentyabrın 1-i saat 19 radələrində Göygöl rayonu, Çaylı kəndi ərazisində kənd sakini 1993-cü il təvəllüdlü Ayxan Hüseynlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı, 1986-cı il təvəllüdlü Hüseyn Əsgərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Ayxan Hüseynliyə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

 

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Hüseyn Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda istintaq davam edir".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş