Prezidentliyə xanım namizəd: “Mən siyasətçi deyiləm”

Dünya

27.07.2020 - 11:19

cedabet dərman SEO Xidməti

“Uşaqlarımı, ərimi və doğmalarımı qorumaq istəyirəm”

 

Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskaya Qomeldəki mitinqdə çıxış edərək, ölkəsi ilə bağlı xəyallarından danışıb. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, Prezident Aleksandr Lukaşenkonun seçkidəki əsas rəqibi ilk atacağı addımı açıqlayıb.

 

Namizəd deyib ki, qalib olacağı təqdirdə ilk işi Belarusda bütün siyasi məhbusları azad etmək və yeni, ədalətli seçkilərin keçirilməsi sərəncamını vermək olacaq.

 

“Hamınız bilirsiniz ki, Svetlana Tixanovskaya siyasətçi deyil. Belarusu dəyişdirmək üçün konkret bir proqramım yoxdur. Sadəcə ölkəmin dəyişməsini istəyirəm. Mənə siyasi güc lazım deyil. Uşaqlarımı, ərimi və doğmalarımı qorumaq istəyirəm”, - deyə Tixanovskaya vurğulayıb.

 

Onun sözlərinə görə, belaruslar Tixanovskayaya bir siyasətçi kimi deyil, gələcək dəyişikliklər və ədalətli seçkilər üçün səs verməlidirlər.

 

Hesablamalara görə, 10 minə yaxın Qomel sakini müxalif namizədin mitinqinə dəstək vermək üçün meydana gəliblər.

 

Qeyd edək ki, Tixanovskaya seçkilərdə hazırki Prezident Aleksandr Lukaşenkoya əsas rəqib sayılır. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş