Prezidentin köməkçisi: "Gəncədə 20-dən çox ev dağıdılıb"

Xəbərlər

17.10.2020 - 02:19

Hikmət Hacıyev Gəncəyə edilən hücumla bağlı məlumat paylaşıb

 

"Azərbaycanın ikinci böyük şəhərində günahsız dinc sakinlər Ermənistanın raket hücumuna məruz qalırlar".

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.

 

"Humanitar atəşkəsə dair vicdansız çağırışlar Ermənistanın bu hərbi cinayətlərini görməlidir. İlkin məlumata görə, 20-dən çox ev dağıdılıb", - o bildirib.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar