Prezidentin köməkçisi: “Ermənistanın terror siyasəti davam edir”

Siyasət

11.10.2020 - 11:04

Hikmət Hacıyev: “Düşmənin cəzasız qalması onu daha çox müharibə cinayətlərinə sövq edir”

 

“Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir”. AYNA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.

 

Prezidentin köməkçisi bildirib ki, Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir. Ermənistanın cəzasız qalması onu daha çox müharibə cinayətlərinə sövq edir. Humanitar atəşkəsi pozan Ermənistan Gəncənin sıx məskunlaşdığı yaşayış hissəsini nizamsız atəşə tutdu. Ermənistanı dayandırmaq lazımdır”.

 

H.Hacıyev həmçinin bildirib ki, hazırda ən azı yeddi mülki şəxs, o cümlədən qadınlar öldürülüb. Uşaqlar da daxil olmaqla 33 mülki şəxs ağır yaralanıb.

 

 

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar