Prezidentdən hərbi vəziyyətin ləğvi ilə bağlı <font color=red> FƏRMAN</font>

Xəbərlər

11.12.2020 - 15:37

Hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilir

 

Prezident İlham Əliyev Hərbi vəziyyətin ləğv edilməsi haqqında Fərman imzalayıb.  AYNA xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

 

Sənədə əsasən, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilir.

Müəllif: Ayna.az