Prezidentdən Dövlət Xidməti ilə bağlı <font color=red> SƏRƏNCAM</font>

Xəbərlər

09.09.2020 - 14:06

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə üç milyon səkkiz yüz altmış altı min manat ayrılıb

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sisteminin müasirləşdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 

AYNA xəbər verir ki, Sərəncama əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemində təhlükəsizlik, texniki və proqram vasitələri sahəsində əsaslı dəyişiklik məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə üç milyon səkkiz yüz altmış altı min manat ayrılıb.

Müəllif: Ayna.az