Prezident yüksək nəticə göstərən paralimpiyaçıları təbrik edib

Xəbərlər

31.08.2021 - 19:53

Dövlət başçısı sosial şəbəkə hesabında paylaşım edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılarımızı təbrik edib.

 

AYNA xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı "Twitter"dəki hesabında paylaşım edib.

 

Paylaşımda deyilir: “İkinci dəfə qızıl medalı ilə bizi sevindirən Raman Salehi, gümüş medal qazanmış Lamiyə Vəliyevanı və bürünc medal mükafatçısı Səid Nəcəfzadəni ürəkdən təbrik edirəm!”

 
Müəllif: Ayna.az