Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər - <font color=red> VİDEO</font>

Xəbərlər

10.05.2020 - 11:57

cedabet dərman SEO Xidməti

Bu gün Heydər Əliyevin anadan olmasından 97 il ötür

 

Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.

AYNA xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarı önünə gül qoyub, xatirəsini ehtiramla anıblar.

 

Sonra dövlət başçısı və xanımı Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoyublar.

 

Prezident və Birinci vitse-prezident görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzüblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş