“Uşaqların və yaşlıların həlak olması haqqında xəbəri dərin hüznlə qəbul etdik”
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanova başsağlığı ünvanlayıblar.
AYNA-nın xəbərinə görə, məktubda deyilir:
“Hörmətli Rüstəm Nurqaliyeviç.
Kazan şəhərindəki 175 nömrəli məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması haqqında xəbəri dərin hüznlə qəbul etdik.
Bu əvəzedilməz itkiyə görə dərdinizə şərik olaraq Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm”.