Prezident Minifutbol Federasiyasına 2 milyon manat ayırıb

Xəbərlər

04.06.2025 - 14:33

cedabet dərman SEO Xidməti

İlham Əliyev Sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

AYNA.AZ xəbər verir ki, Sərəncama əsasən Azərbaycan milli yığma komandasının 2025-ci il minifutbol üzrə Dünya çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş