Ölkə başçısı bir sıra obyektlərin təməlini qoyub
Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Ağdama səfər edib. AYNA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətindən bildirilib. Ölkə başçısı səfəri çərçivəsində Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib.
Prezident Ağdam şəhər meşə-parkında ağac əkilməsi mərasimində iştirak edib. Bununla yanaşı, ölkə başçısı Ağdamda inşa olunacaq ilk yaşayış binasının təməlini qoyub.
Prezident Ağdam Sənaye Parkının təməlqoyma mərasimində də iştirak edib.
İ.Əliyev Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub. Bundan sonra ölkə başçısı Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub.