Prezident iki ölkəyə səfir təyin edib

Siyasət

16.07.2021 - 17:43

Dövlət başçısı yeni təyinatlar edib

 

Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

AYNA xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu vəzifəyə Ağalar Rahim oğlu Atamoğlanov təyin olunub.

 

Rəşad Eynəddin oğlu Məmmədov isə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

 

Prezidentin digər sərəncamına əsasən, Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

Lətif Seyfəddin oğlu Qəndilov isə Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Müəllif: Ayna.az