Prezident Aslan Aslanovu təltif edib

Xəbərlər

18.08.2021 - 15:09

“AzərTac”ın rəhbəri 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

 

Prezident İlham Əliyev Aslan Əhməd oğlu Aslanovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

 

AYNA-nın xəbərinə görə, Sərəncama əsasən, A.Aslanov Azərbaycan Respublikasında mətbuat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

 

Qeyd edək ki, A.Aslanov Azərbaycan Dövlət İnformasiya Agentliyinin (“AzərTac”) rəhbəridir.

Müəllif: Ayna.az