Konstitusiya Məhkəməsinin İşlər müdiri 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev A.H.Hümbətovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
AYNA xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Akif Hümbət oğlu Hümbətov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, A.Hümbətov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İşlər müdiridir.