Pozner Tbilisidə etirazla qarşılandı: polis jurnalisti cərimələyib

Dünya

01.04.2021 - 13:37

Aparıcının qaldığı otelə yumurta atılıb, asfaltın üstündə qırmızı boya ilə "Gürcüstandan çıx" yazısı yazılıb

 

Gürcüstan polisi rusiyalı teleaparıcı və jurnalist Vladimir Pozner və onunla gələn 30-a yaxın şəxsi Tbilisiyə səfəri zamanı karantin tədbirlərini pozduğuna görə cərimələyib. AYNA "İnterfaks"a istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, teleaparıcı və dostlarının cərimələnməsinin onun gəlişi səbəbindən baş verən etirazlarla heç bir əlaqəsi yoxdur. Jurnalist 87 yaşını qeyd etmək üçün pandemiya şəraitində kütləvi tədbir təşkil etdiyinə görə cəzalandırılıb.

 

Bununla yanaşı, ad günü məclisinin keçirildiyi otel də böyük məbləğdə cərimələnib. Pozner isə artıq Gürcüstanı tərk edib və Rusiyadadır.

 

Qeyd edək ki, bundan əvvəl Poznerin Tbilisiyə səfəri etiraza səbəb olub. Etirazçılar aparıcının əvvəllər Abxaziyanın heç vaxt Gürcüstanın bir hissəsi olmayacağı ilə bağlı açıqlamalarına görə aksiya keçiriblər. Aparıcının qaldığı otelə yumurta atılıb, otel binasının yaxınlığındakı asfaltın üstündə qırmızı boya ilə "Gürcüstandan çıx" yazısı yazılıb.

Визит Познера и его гостей в Грузию не обошелся без штрафов

Müəllif: Ayna.az