Saxlanılan maşın Gəncə şəhər sakininə məxsus olub
Gəncə şəhər sakininin avtomobilindən odlu silah götürülüb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, daxil olan məlumat əsasında Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Hacıqabul-Horadiz yolunda qurulmuş xüsusi postda Gəncə şəhər sakini Z.Həbibovun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılıb.
Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 8 patron, 1 ədəd süngübıçaq və 1 ədəd dəbilqə aşkar edilərək götürülüb.